“Ermənistan Rusiyanın geopolitik orbitindən uzaqlaşmaq niyyətini açıq şəkildə ifadə edir”-AÇIQLAMAbackend

“Ermənistan Rusiyanın geopolitik orbitindən uzaqlaşmaq niyyətini açıq şəkildə ifadə edir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın yanaşmaları birmənalı qarşılanmayıb”.

Bunu Editor.az-a politoloq İlyas Hüseynov Ermənistan Baş nazir Nikol Paşinyanın “The Wall Street Journal”a müsahibəsində Rusiya hərbi bazalarının Ermənistanda olmasının heç bir üstünlüyü olmadığı və rəsmi Moskvanın Qarabağ məsələsində Azərbaycana dəstək verməsi ilə bağlı səsləndirdiyi antirus fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyada Ermənistan baş naziri Nikol Paşinyanın antirus açıqlamalarına böyük reaksiyalar verilir:

“Açıq-aydın rəsmi Moskvaya qarşı demarş siyasəti həyata keçirir. Hərbi bazaları hədəf alır, Rusiyanın Ermənistana qarşı siyasəti tənqid olunur. Xüsusilə də antiRusiya nitqi Qərb mətbuatına müsahibələr zamanı özünü göstərir. Bundan öncə İtaliyanın “La Republica”qəzetinə də müsahibəsi zamanı Ermənistan baş naziri Nikol Paşinyan qeyd etmişdi ki, onlar bir gün görəcək ki, Rusiya regionda yoxdur və rəsmi Moskva ilə təhlükəsizlik sayəsində strateji münasibətlər böyük səhv imiş. İndiki müsahibəsində də bu tipli yanaşmalara üstünlük verərək antiRusiya mövqeyini bir qədər də inkişaf etdirib”.

Politoloqun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın geopolitik orbitindən uzaqlaşmaq niyyətini açıq ifadə edir:” Rəsmi İrəvan Qərbin təhlükəsizlik çətiri altına keçməkdə maraqlıdır. Bunun qarşılığında isə Kremldən Nikol Paşinyana qarşı sərt yanaşmanın işıqlandırılmasını da görmürük. Görünür, Rusiya Ermənistanla bütün bağları kəsmək istəmir. Burada öz maraqlarını, niyyətini açıq şəkildə göstərir. Baş nazir Nikol Paşinyan da bundan istifadə edərək daha da sərt şəkildə Rusiya siyasətini tənqid edir, bütün uğursuzluqlarında rəsmi Moskvanı günahlandırır”.

İ. Hüseynov Ermənistanın dövlət təhlükəsizliyini təmin etmək üçün Fransadan silah tədarük etməsini əslində təxribatçı xarakter daşıdığını düşünür:

“Açıq-aşkar şəkildə verilən bütün silahlar haqqında məlumatlar da mediada qeyd edilir. Bu Ermənistanın nəzərdə tutulan “dövlət təhlükəsizliyini” qorumaq əvəzinə regionda eskolasiya yaratmaq niyyətinə hesablanıb. Fransa Ermənistan vasitəsilə regionda Rusiyanı sıxışdırmağa çalışır”.

//Safura Bənnayeva, Editor.az