Ermənistan sərhəddə təxribatlara davam etməklə “Dəmir yumruğ”u ikinci dəfə görmək istəyir- Politoloqbackend

Ermənistan sərhəddə təxribatlara davam etməklə “Dəmir yumruğ”u ikinci dəfə görmək istəyir- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hal-hazırda 10 noyabr və 11 yanvar bəyanatlarının müddəalarını pozmaq üçün Ermənistan əlindən gələni edir. İlk əvvəl növbədənkənar parlament seçkiləri təşviqatına görə Zəngəzur dəhlizinin açılması və bəyanatın digər öhdəlikləri icra etməkdən boyun qaçırırdılar. Artıq Ermənistanda parlament seçkiləri 1 aydır ki, başa çatıb və Ermənistan bəyanatdan irəli gələn şərtləri yerinə yetirməyə məcburdur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Azərbaycan Televizisiyasına verdiyi müsahibəsində də ölkəmizin hər zaman sülhə sadiq olduğundan, regionda barış mühitinin mühüm əhəmiyyətindən bəhs etdi:

“Ermənistan isə sülhü sabotaj etmək, 10 noyabr bəyanatının şərtlərindən boyun qaçırmaq, ən əsası Zəngəzur dəhlizinin açılması məsələsini ləngitmək üçün sərhəddə təxribatlara davam edir. Ermənistanın bu cür təxribatlar törətməkdə digər məqsədi isə regionda baş verən proseslərə başqa dövlətləri cəlb etməkdir. Bu təxribatlar heç bir formada Ermənistanın leyhinə deyil. Çünki Azərbaycan əraziləri beynəlxalq hüquq tərəfindən tanınır”.

Politoloqun sözlərinə görə, Ermənistan sərhəddə təxribatlara davam etməklə “Dəmir yumruğ”u ikinci dəfə görmək istəyir:

“Bu dəfə isə birdəfəlik məhv olacaqlar. Bu gün Kəlbəcər istiqamətində atəşkəsi pozaraq snayperlə gizirimizi şəhid etməyi əslində rəzil ölkənin sonuncu “çırpınış”larıdır. Nikol Paşinyan gələcəkdə regionda formalaşacaq mühüm iqtisadi- siyasi proseslərdən uzaq duraraq növbəti dəfə ölkəsini iflas və xaosa sürükləyir”.

//Gülnarə Abasova, Editor.az