ABŞ-ın tanınmış analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün müharibə ehtimalı olan ərazilərin xəritəsini hazırlayıb. Amerikalı analitiklərin fikrincə, Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanması ehtimalı var.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı yoxdur:

“Hazırda iki dövlət sərhədində de-fakto sülh hökm sürür. Bunu Prezident İlham Əliyev də qeyd edib. Ermənistan tərəfi də indiki məqamda müharibədə maraqlı deyil. Yeni Konstitusiya qəbul etmək istəyir ki, Azərbaycanla sülh müqaviləsi bağlamasının hüquqi əsası olsun. Ermənistan silahlansa da Azərbaycanla hərbi rəqabətə heç vaxt girə bilməz. Bu, yaxın 10 il ərzində mümkün deyil. 2024-cü ildə iki ölkə arasında sülh müqaviləsi bağlana bilər. Müharibə üçün heç bir ehtimal yoxdur”.
//Gülnarə Abasova, Editor.az

