Ermənistan Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayındakı itkilərinin müqayisəli təhlilibackend

Ermənistan Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayındakı itkilərinin müqayisəli təhlili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin iyul ayı yaddaşımızda ermənilərin növbəti təxribatı ilə qalıb. Təəssüf ki, təxribat itkisiz olmayıb. Reallıqdır ki, müharibə itkisiz olmur. Əlbəttə, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. İyul ayında baş vermiş silahlı toqquşmalar onu göstərdi ki, Azərbaycan xalqı ilə Azərbaycan Ordusu arasında yeganə fərq hərbçilərimizin hərbi geyim formasında olmasıdır. Həmin vaxt minlərlə azərbaycanlının könüllü şəkildə orduya yazılması bunu əminliklə deməyə imkan verir.

Ancaq bugünkü yazımız Azərbaycan cəmiyyətində və Ordusundakı döyüş ruhundan, xalqla hakimiyyət arasındakı birlikdən yox, düşmən Ermənistanın məhz iyul ayında verdiyi itkilər barədə olacaq.

Həmin vaxt, silahlı münaqişənin getdiyi ərəfədə Azərbaycanın Müdafiə Nazirliyi rəsmiləri mütəmadi olaraq, yerli və xarici KİV-ə dolğun məlumat verirdilər. Təbii ki, Ermənistan Müdafiə Nazirliyindən fərqli olaraq. Qeyd edilməlidir ki, ermənilər indiyədək öz itkilərini tam açıqlamayıblar. Bunun da öz səbəbləri var, lakin dediyimiz kimi, bugünkü mövzumuz yalnız quru statistik rəqəmlərdir.

Beləliklə, “MediaPost” Azərbaycan və Ermənistanın açıq mənbələrinə istinadən, Ermənistan Silahlı Qüvvələrinin iyul ayındakı itkilərinin müqayisəli cədvəlini təqdim edir:

img
img
img

Gördüyünüz kimi, erməni tərəfi iyul ayında verdiyi itkilərdən yalnız 7 nəfərin döyüş şəraitində, 1 nəfərin isə qeyri-döyüş şəraitində öldüyünü etiraf edib.

Bildiririk ki, hesabatda nizam-intizam qaydalarının pozulması nəticəsində döyülmə, zor tətbiqi, yol-nəqliyyat hadisələri, bədbəxt hadisələr və s. qeyd olunmayıb. Onu da nəzərinizə çatdırırıq ki, təkcə iyul ayında erməni tərəfində 81 hərbi qulluqçu müxtəlif xəsarətlər alıb (62 nəfər Tovuz istiqamətində baş vermiş təxribatda, 11 nəfər yol-nəqliyyat hadisələrində, 5 nəfər döyülməklə, 2 nəfər mina partlayışında, 1 nəfər qəsdən xəsarət yetirməklə). Bundan başqa, mülki şəxslərə qarşı da zorakılıq faktları var.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, təkcə Tovuz hadisələrində (dörd gün ərzində) Ermənistan tərəfi 100-dən çox itki verib.