Ermənistan silahlıları Azərbaycan ərazisindən nə vaxt çıxarılacaq?-AÇIQLAMAbackend

Ermənistan silahlıları Azərbaycan ərazisindən nə vaxt çıxarılacaq?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan sülh müqaviləsinin imzalanması, sərhədlərin tanınması məsələsini sürətləndirmək üçün əlindən gələni edir və Ermənistan tərəfi də sözdə Azərbaycanın qoyduğu 5 şərtə razı olduğunu bildirir. Lakin “razılıq” hələ ki söz olaraq qalır, əməldə heç bir addım atılmır.

6 oktyabr Praqa görüşündən sonra prezident İlham Əliyev Azərbaycan televizya kanallarına verdiyi açıqlamada bildirib ki, ərazilərimizin erməni işğalından azad olmasından 2 il keçməsinə baxmayaraq, ərazilərdən Ermənistan Silahlı qüvvələrinin tam şəkildə çıxarılması reallaşmayıb.
Bu proses nə vaxt başa çatacaq?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılmasına imza atan və münaqişənin nizamlanmasında mühüm rol oynayan tərəflərdən biri də Rusiyadır:

“Rusiya sülhməramlıları bu mövzuda üzərilərinə düşən öhdəlikləri Ermənistanla bərabər olaraq yerinə yetirməyiblər. Cənab Prezidentin dediyi kimi bu problemdə zaman məsələsi artıq 2 ilini başa vurub. Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılması prosesi artıq ləngiyib. Proses Rusiya sülhməramlılarının Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilməsi ilə paralel həyata keçirilməli idi. Belə olan halda Azərbaycan Silahlı Qüvvələri erməni silahlılarını, Qırxqız, Sarıbaba, Laçın şəhəri , Sus və Zabux kəndlərində olduğu kimi təkbaşına ərazisindən çıxartmaq hüququnu özündə saxlayır”.

//Safura Bənnayeva, Editor.az