Ermənistan siyasətində kəskin qütb dəyişmə: “Bu səhnə nə region, nə də beynəlxalq aləm üçün yad deyil”backend

Ermənistan siyasətində kəskin qütb dəyişmə: “Bu səhnə nə region, nə də beynəlxalq aləm üçün yad deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlarda Ermənistan siyasətində kəskin qütb dəyişmə hiss olunur. Lakin bu səhnə nə region nə də beynəlxalq aləm üçün yad deyil. Ermənistan üçün tarix boyu konkrekt müttəfiq olmayıb, ona hər zaman kölgəsinə sığınacağı bir güc lazım olub. Bu da ondan irəli gəlir ki, tarix boyu öz müstəqil siyasəti olmayan mənfur qonşumuz sadəcə müəyyən dövlətlərin regiona nəzarət etmək üçün əlində oyuncaqdır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O, artıq Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişən Azərbaycanın Ermənistandan istifadə edənlər üçün də maneə yaratdığını bildirib:

” İndi Ermənistan həmin dövlətlər üçün lazımsız bir alətə çevrildi. Bu gün Cənubi Qafqazdakı strateji tərəfdaşlıqları Azərbaycan müəyyən edir. Digər ölkələr də həmin əməkdaşlıqlarda iştirak üçün dövlətimizlə əməkdaşlıq edir. Lakin hələ də Ermənistanı müdafiə edərək nəyəsə nail olmağa çalışanlar da mövcuddur. Ermənistan təxmini iki il əvvəl üzünü Qərbə tərəf çevirsə də yenidən geri döndü, şimal dostunun kölgəsinə sığındı. Lakin hələ də Ermənistana istədiyini vəd edəcək tərəfdaş olmadığından onun üçün heç bir dostluq əlaqəsi daimi deyil. İrəvanın Ermənistanın son dirənəcəyi dalan Bakı ilə sülhə gəlmək olacaqdır. Çünki onun müttəfiqləri də Azərbaycanla əməkdaşlıq edərək Cənubi Qafqazda qarşılıqlı əlaqələrə maraqlıdır. Bu halda Ermənistanı himayə etmək artıq həmin dövlətlər üçün əlavə güc sərf etməyə gətirib çıxarır və qarşılığında isə regiondakı lahiyələrdə iştirak edən digər dövlətlərin tərəfdaşlıqlarında iştirak edə bilmir. Bu səbəbdən tranzit və kommunikasiya əməkdaşlıqları daha cəlbedici gəlir”.

//Gülnarə Abasova, Editor.az