Ermənistan siyasətinin növbəti iflası: Avropa İttiaqı Laçın yolundakı vəziyyəti Azərbaycanın daxili işi kimi tanıyıbbackend

Ermənistan siyasətinin növbəti iflası: Avropa İttiaqı Laçın yolundakı vəziyyəti Azərbaycanın daxili işi kimi tanıyıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Avropa İttifaqı Laçın yolunda vəziyyətlə bağlı Azərbaycana qarşı sanksiyalar tətbiq etməkdən imtina edib. Aİ vəziyyəti Azərbaycanın daxili işi kimi tanıyıb.

Editor.az bildirir ki, bu barədə Ermənistan hakimiyyətinə təşkilatın rəhbəri Josep Borrell bildirib. O, Ermənistanın Laçın yolunun qanunsuz yüklərə görə bağlanmasından ən azı müəyyən fayda əldə etmək cəhdlərinə son qoyub. Avropa rəsmisi bildirib ki, Brüssel rəsmi İrəvanın Bakıya qarşı hər hansı tədbir tətbiq etmək tələblərinə mənfi reaksiya verib.

Xatırladaq ki, azərbaycanlı ekoloqların Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada qanunsuz mədənlərə qarşı dinc etiraz aksiyası 51-ci gündə Laçın yolu yaxınlığında davam edir. Yol RSQ-nin tam nəzarəti altındadır və oradan hər gün onlarla avtomobil, o cümlədən humanitar yüklər və təcili yardıma ehtiyacı olan xəstələr keçir.

  //Samir Qurbanov, Editor.az