Ermənistan Soçi razılaşmasına da əməl etmədi: “Son görüş öncəsi ciddi təxribat ola bilər”backend

Ermənistan Soçi razılaşmasına da əməl etmədi: “Son görüş öncəsi ciddi təxribat ola bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın “dəhliz” məsələsinə qarşı çıxması onların həmin ərazilərə nəzarəti itirəcəkləri qorxusu ilə əlaqədardır. Belə ki, onlar hesab edirlər ki, Azərbaycanın bu vaxt dəhlizdən keçirəcəyi yüklərə nəzarət edə bilməyəcəkləri məntiqidir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitikin sözlərinə görə Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il müqaviləsinə görə Sovet İttifaqı dövründə iki ölkə arasında mövcud olmuş kommunikasiyaların açılması və buna da Rusiya FTB-si nəzarət etməlidir:

” Rusiya zatən Ermənistanın bütün xarici sərhədlərini qoruyur və nəzarət edir.
Azərbaycan tərəfi isə kommunikasiya üçün “dəhliz” tələb edir. “Dəhliz” anlayışı daha böyük anlayışdır və bu vaxt Azərbaycanın Ermənistan ərazisindən nəzarətsiz keçid əldə edir. Ermənistanı qorxuya salan budur. Amma məsələ ondadır ki, Azərbaycan bu ərazidən “dəhliz” kimi istifadə etməsi o demək deyildir ki, bu, Ermənistanın təhlükəsizliyinə zərbə vuracaq. Azərbaycan onsuz da Ermənistana vurduğu zərbəni vurub və bu vaxt heç Zəngəzur dəhlizi yox idi. İndi də ehtiyac halında istər Naxçıvanla, istərsə də Türkiyə ilə əlaqə saxlamaq üçün bir çox yollar var”.

A. Qasımov hesab edir ki, Azərbaycan əgər Qarabağda yaşayan erməni əhalisinə Ermənistanla əlaqə üçün “Laçın dəhlizi” veribsə, niyə də biz Zəngəzura “dəhliz” statusu almayaq:

“26 noyabrda keçirilən Soçi görüşünün və 15 dekabrda Brüsseldə planlaşdırılan görüşün konkret ciddi nəticəsi olacağına inanmıram. Konkret nəticə ancaq Azərbaycanın Ermənistan üzərində hər tərəfli ciddi təzyiqi nəticəsində mümkün olacağı qənaətindəyəm və hətta son görüş öncəsi ciddi təxribatın olacağı qənaətindəyəm”.

//Gülnarə Abasova, Editor.az