“Ermənistan son hərəkətləri ilə Rusiyanı açıq-aşkar qıcıqlandırır”-Ekspertdən AÇIQLAMA  backend

“Ermənistan son hərəkətləri ilə Rusiyanı açıq-aşkar qıcıqlandırır”-Ekspertdən AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyadakı görüşdə sərhədlər məsələsinə də toxunub. Ermənistan Baş naziri Azərbaycanla sərhədə Avropa İttifaqının missiyasının yerləşdirilməsinin tərəfdarı olduğunu qeyd edib. Öz növbəsində ABŞ departamenti də bu məsələdə Ermənistanın tələbini haqlı hesab edir və münaqişənin həllində Avropa İttifaqı missiyasının böyük rol oynayacağını bildirib.

Onu da qeyd edək ki, Nikol Paşinyanın nəzərdə tutduğu sərhədlərdə Rusiya sülhməramlıları yerləşdirilib. Ermənistan bu addımları ilə nəyə nail olmağa çalışır?Rusiya sülhməramlılarının yerləşdiyi sərhədlərdə Avropa İttifaqı missiyasının fəaliyyəti nə qədər effektiv olacaq?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki, Ermənistanın Azərbaycanla sərhədə Avropa missiyasını dəvət etməkdə məqsədi ilk növbədə prosesə Fransanı və digər Aİ-yə daxil olan ölkələri cəlb etməkdir:

“Bununla da öz müdafiəsinə Avropa ölkələrini qoşmaqla vaxt qazanmaq, daha sonra revanşist niyyətlərini həyata keçirməyi arzulayır. Rusiya sülhməramlıları o ərazilərdə yerləşmir, amma ordusu Ermənistanda təmsil olunur və Ermənistan son hərəkətləri ilə Rusiyanı qıcıqlandırmağı açık-aşkar görünür. Rusiyanın hər vəchlə Avropa missiyasının Ermənistanla sıx əlaqəsinə mane olmağa çalışacağını gözləmək olar”.
 
//Safura Bənnayeva, Editor.az