Ermənistan sülh müqaviləsi ilə bağlı yeni təklif alıb?-AÇIQLAMAbackend

Ermənistan sülh müqaviləsi ilə bağlı yeni təklif alıb?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın belə bir açıqlama verməsi təqdirəlayiqdir. Ona görə ki, təxribatlar, yeni münaqişələr, müharibə barədə düşünən Ermənistan bu gün sülh müqaviləsi ilə bağlı hansısa fikir səsləndirir”.

Bunu Editor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ermənistanın sülh müqaviləsi ilə bağlı Bakıdan yeni təkliflər alması və İrəvanın da bundan əvvəl sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim etdiyini eyni zamanda tərəflər arasında fikir ayrılıqlarının olduğu ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu proses yeni müzakirələr üçün imkanlar yaratmış olacaq: “Heç şübhəsiz ki, Azərbaycan mərhələli şəkildə öz məqsədinə nail olacaq. Rəsmi İrəvan isə artıq danışmaq əvəzinə real fəaliyyətə keçməlidir. Prosesləri tənzimləmək üçün daha real addımlar atılmalıdır. Növbəti mərhələdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müzakirəsi daha çox olacaq. Biz də öz məqsəd və məramımıza nail olmaq üçün real fəaliyyət sərgiləyə bilərik. Rəsmi Bakı bunun üçün çalışır. Gözləntilərimiz Ermənistanın da bu istiqamətdə fəaliyyətə başlamasından yanadır”.

//Safura Bənnayeva, Editor.az