“Ermənistan sülh müqaviləsinə imza atacaq, sadəcə onun havadarları anlamalıdır ki…”- AÇIQLAMAbackend

“Ermənistan sülh müqaviləsinə imza atacaq, sadəcə onun havadarları anlamalıdır ki…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 9 aya yaxın vaxt keçməsinə baxmayaraq, üzərinə düşən siyasi-hüquqi öhdəlikləri yerinə yetirməyən Ermənistan bəzi regional güc mərkəzlərinin direktivləri əsasında imitasiya ilə məşğuldur. Məqsəd artıq tarixə qovuşmuş münaqişənin hələ də mövcudluğu görüntüsü yaratmaq və bəhs olunan güc mərkəzlərinin bəzi məhdud, dağıdıcı maraqlarının təmininə nail olmaqdır”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

O bildirib ki, Azərbaycanın yaratdığı, bütün region üçün rifah və inkişaf vəd edən yeni geostrateji reallıqlar bu xaotik plan və niyyətləri puç edir:

“Çünki hazırkı geostrateji situasiya regional və bölgədənkənar aktorların ortaq əməkdaşlıq platformasında birləşməsinə və mühüm siyasi-iqtisadi dividendlər qazanmasına geniş imkanlar yaradır. Ermənistan hazırkı mərhələdə sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışsa da, birdəfəlik geosiyasi qaçış şansı yoxdur. Yeni gerçəkliklər kontekstində regionda təhlükəsizlik və əməkdaşlıq məsələləri ilə əlaqədar şərtləri Azərbaycan diktə edir. Qalib və haqlı Azərbaycanın geostrateji pressinqi qarşısında iqtisadi və siyasi taqətdən düşən Ermənistan sülh müqaviləsinə imza atacaq. Sadəcə, məğlub ölkə və ona havadarlıq edən qüvvələr anlamalıdırlar ki, zaman onlarin əleyhinə işləyir.”.

//Gülnarə Abasova, Editor.az