Ermənistan tədricən kriminal ölkəyə çevrilirbackend

Ermənistan tədricən kriminal ölkəyə çevrilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin 11 ayı ərzində Ermənistanda törədilmiş cinayətlərin ümumi sayı 2022-ci ilin göstəricilərini 5,3% üstələyib.

Editor.az bildirir ki, bu barədə Ermənistan Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb. Ümumilikdə 35 mindən çox cinayət faktı qeydə alınıb ki, onlardan 45-i qətldir. Bununla belə qətllərin sayaında azalma müşahidə olunub.

“Qətllərin sayı 7 fakt azalıb. 2022-ci ildə 52, 2023-cü ildə isə 45 qətl hadisəsi qeydə alınıb”, – Ermənistan Daxili İşlər Nazirliyinin rəis müavini Aram Hovhannisyan deyib.

Lakin digər cinayətlər artıb, narkotik və qeyri-qanuni silah ticarəti ilə bağlı cinayətlərin statistikası xüsusilə pisləşib. Dələduzluq, quldurluq, rüşvətxorluq hallarının sayı da artıb.

//Samir Qurbanov, Editor..az