“Ermənistan tərəfi 30 illik yanlış siyasətindən əl çəkməlidir”-ŞƏRHbackend

“Ermənistan tərəfi 30 illik yanlış siyasətindən əl çəkməlidir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyimiz kimi, Ermənistanın hazırda təşkilatda daimi nümayəndəsi yoxdur, bir müddətdir ki, bu ölkə KTMT-nin tədbirlərində iştirak etmir. Ermənistan hakimiyyəti qeyd edir ki, “KTMT təhlükəsizlik sahəsində öhdəliklərini yerinə yetirmək əvəzinə, Ermənistan Respublikasının təhlükəsizliyinə problemləri yaradır və bu mövqe, Ermənistan Respublikasının milli təhlükəsizliyinə təhdiddir”. Bu əslində Paşinyanın 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra KTMT- nin kömək etməməsindən irəli gələn qəzəbidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, açıq – aşkardır ki, Ermənistan Rusiyadan tamamilə üz döndərib, Qərbə yönəlməyə çalışır:

“Bunun kökündə isə Fransa və digər müttəfiqlərinin Ermənistana verdikləri şirin vədlərdir. Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi köhnə müttəfiqlərə arxalana bilmir. Rəsmi İrəvan xarici siyasət kursunda köklü dəyişiklər etməyə çalışır. Aydındır ki, bunun üçün də Ermənistan tərəfi 30 illik yanlış siyasətindən əl çəkməlidir”.

//Gülnarə Abasova, Editor.az