“Ermənistan tərəfindən minalama siyasəti bu gün də davam etdirilir. Bu barədə də beynəlxalq ictimaiyyətə məlumat verilib”.
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Beynəlxalq hüquqda Ermənistanın açıq şəkildə təxribat aparması necə dəyərləndirilməlidir?
Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, bununla bağlı dövlət başçısı səviyyəsində beynəlxalq təşkilatlara müraciətlər edilir, aidiyyatı qurumlara bu istiqamətdə sorğular göndərilir ,tələblər irəli sürür:
“İkili standartlardan yanaşmalar və ermənilərin müvafiq nəzarət sisteminin olmaması, sülhməramlıların üzərinə düşən funksiyaları tam şəkildə həyata keçirməməsi əsas səbəblərdəndir. Bundan başqa bütün dünya bilməlidir ki, Ermənistan dövlətinin siyasəti terror və təxribatla paralel qurulur. Mina xəritələrinin verilməməsi, verdikləri saxta xəritələr də hərkəsə aydındır. Bununla bağlı istər BMT, istərsə də digər beynəlxalq qurumlar öz fikirlərini bildirməli, eyni zamanda təzyiq mexanizmindən istifadə edilməlidir. Çünki burada ilk növbədə “Böyük Qayıdış”a mane olan səbəb kimi bu amillər göstərilir. Sadalanan faktlar sülhün bərqərar olmasına maneçilik törədir, ən mühümü isə insan haqları tapdalanır”.
//Safura Bənnayeva, Editor.az

