“Ermənistan təxribatlarının arxasında keçmiş “Qarabağ klanı”dayanır”- Millət vəkili ŞƏRH EDİRbackend

“Ermənistan təxribatlarının arxasında keçmiş “Qarabağ klanı”dayanır”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 10-u səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

6 oktyabr Praqada keçirilən 4 tərəfli görüşdə Ermənistan tərəfi Azərbaycanla sərhədlərin tanınması, yekun sülh müqaviləsinin imzalanmasında maraqlı olduqlarını bildirmişdilər. Bunun ardınca isə bir neçə gün Ermənistan Silahlı Qüvvələri tərəfindən ordumuzun müxtəlif mövqeləri atəşə tutulur. Hərçənd ki, Azərbaycan tərəfi layiqli cavabını verir, amma sual yaranır ki, hər dəfə keçirilən görüşlərdən sonra belə təxribatların törədilməsinə səbəb nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Millət Vəkili Arzu Nağıyev bildirdi ki, 6 oktyabr Praqa görüşündə yekun sülh sazişinin imzalanması ilə bağlı çox ciddi söhbətlər aparılmışdı:

“Ərazi bütövlüyümüzün tanınması ilə bağlı kommisiyalar artıq öz işinə başlamalıdır. Buna baxmayaraq Ermənistan daxilində baş verən siyasi proseslər, iqtisadi tənəzzül bir mənalı şəkildə bu gün Ermənistan tərəfinin təxribat törətməsinə rəvac verən ən ciddi məsələdir. Paşinyan hakimiyyətinin əleyhinə olan, sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan bir sıra ciddi qüvvələr var. Bunlar keşmiş “Qarabağ” klanıdır. Köçəryanlar, Sarkisyanlar bu istiqamətdə işlər aparır ki, nəyin hesabına olursa olsun, ərazi bütövlüyü 1991-ci ilin MDB sənədlərinə əsasən tanınmasın. Çünki burada Qarabağın Azərbaycan ərazisi olduğu qeyd edilir.  Məhz bu səbəbdən təxribatlar davam edir. Böyük sazişlər ərəfəsində və bundan sonrakı mərhələdə Ermənistan status-kvonu saxlamaq üçün təxribatlar törədəcək. Bu təxribatların arxasında Ermənistanın daxili və xarici siyasəti dayanır. Azərbaycan 5 prinsipdən çıxış edərək öz təkliflərini irəli sürüb. Bu istiqamətdə də daxili və xarici siyasətimizi davam etdiririk”.

//Safura Bənnayeva, Editor.az