Ermənistan tezliklə siyasətini dəyişməlidir: “Erməni deputatın bu çıxışı…”- Millət vəkilindən AÇIQLAMAbackend

Ermənistan tezliklə siyasətini dəyişməlidir: “Erməni deputatın bu çıxışı…”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni deputat Qurgen Arsenyan açıqlamasında bildirib ki, “Rusiyanın hərbi mövcudluğu Ermənistanda əbədi deyil və onlar tezliklə ərazidən çıxarılacaq. Ermənistan mehriban qonşuluq siyasəti yeridir”.

Maraqlıdır, Türkiyə ilə münasibətlərin inkişafında Azərbaycanla sülhün imzalanmasının fərqinə varan Ermənistan əsas əngəl kimi Rusiyanı göstərməyə cəhd edir?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, erməni deputatın bu çıxışı Ermənistanın Rusiyaya növbəti mesajıdır:

“Bununla Ermənistan tərəfi Rusiyaya təzyiq etməyə çalışır. Bu gün Ermənistan siyasətində proseslər Rusiya silahlı qüvvələrinin, hərbi bazasının Ermənistandan çıxarılmasına yönəlib. Ermənistan guya həm Azərbaycan, həm də Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Ancaq Rusiya buna mane olur. Hesab edirəm ki, bu məsələ heç də belə deyil. Əslində Rusiyada aparılan danışıqlar onu göstərir ki, hər iki dövlət Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlıdır”.

Deputatın fikrincə, bunun üçün Ermənistan real addımlar atmalıdır:

“Lakin biz o real addımları görmürük. Həmçinin, Ermənistan davamlı olaraq özündən başqa hər kəsi günahkar görür. Ona görə də hesab edirəm ki, Ermənistan açıq şəkildə siyasətini dəyişməli, konstitusiyasından qonşulara qarşı təcavüzlə bağlı maddələri, müddəaları çıxarmalı, daha sonra bizimlə real əməkdaşlıqlara başlamalıdır. Ermənistan bunu istəsə və hazır olsa edə bilər. Sadəcə burada əsas maneə Ermənistanın özü, qonşularına qarşı həyata keçirdiyi təcavüz siyasətidir. Ermənistan bu siyasətdən imtina etməyə çalışmalıdır”.

//Safura Bənnayeva, Editor.az