Ermənistan torpaqları Azərbaycana qaytarmağa hazırlaşır – Erməni mediasıbackend

Ermənistan torpaqları Azərbaycana qaytarmağa hazırlaşır – Erməni mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tavuş vilayətinin hakimiyyət orqanları alternativ yolun tikintisi üçün araşdırmalara başlayıb. Bəzi məlumatlara görə, artıq müəyyən işlər görülür. Söhbət Voskeparanın (Əskipara) yerində yeni yolun çəkilməsindən gedir. Bu isə o deməkdir ki, Qoris-Qafan (Gorus-Qafan – red.) avtomobil yolu düşmənə veriləndən sonra növbə Tavuşun sərhəd rayonlarına çatacaq”.

Bu barədə İrəvanın “Hraparak” qəzeti yazıb. Qəzet yazır ki, “Süniklə (Zəngəzur) bağlı yaşananların təkrarlamamaq üçün və düşmənin gəlib yolumuzda yenidən gömrük məntəqəsi yaratmaması, insanların bir kənddən digərinə getməsinə qadağa qoymaması üçün bu addım atılır. Bu səbəbdən də Tavuşda alternativ yolun tikintisinə vaxtından əvvəl başlamağı qərara aldılar. Ancaq Sünikdə keçilməz, çətin, lakin hələ də təmirə ehtiyacı olan alternativ yol var idisə, Tavuşun “mübahisəli” hissələrində sıfırdan yol çəkilməli, dağlar uçurulmalıdlr. Bu mürəkkəb və bahalı prosesdir.

“Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumatı təkzib etmədən bizə qeyri-müəyyən cavab verilib. Diqqət Ermənistan nəqliyyat şəbəkəsinin inkişafına yönəlib. Həm mövcud yolların təmiri, həm də yeni infrastrukturların qurulması istiqamətində genişmiqyaslı işlər aparılır. Yol şəbəkəsinin sıxlığının artırılmasına ehtiyac olan ərazilərə xüsusi diqqət yetirilir. Ölkənin müxtəlif bölgələrində yeni marşrutların açılması ilə bağlı araşdırmalar aparılır”, – qəzet yazıb.

Milli.az