Ermənistan Türkiyə ilə bağlı BU QADAĞANI LƏĞV EDİR: yanvarın 1-dən başlayaraq…backend

Ermənistan Türkiyə ilə bağlı BU QADAĞANI LƏĞV EDİR: yanvarın 1-dən başlayaraq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədən Ermənistana tikinti materiallarının idxalına qoyulan qadağa aradan qaldırılacaq.

Editor.az erməni mediasına əsasən qadağa gələn il yanvarın 1-dən ləğv ediləcək. Növbəti aylarda isə digər qadağaların – geyim, təmizlik vasitələri, ayaqqabı, kosmetika və digər malların idxalına qoyulan qadağanın aradan qaldırılacağı vurğulanır.

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan da bildirib ki, bu məsələ müzakirə olunur:

“Biz bunun qarşısını almaq üçün hər şeyi edirik. Yəni türk mallarına qoyulan qadağanın uzadılmasının iqtisadiyyatımıza və yerli istehsala müsbət təsir göstərdiyini düşünməliyik. Bu istiqamətdə normal təhlil aparılandan sonra nəticələr ictimaiyyətə təqdim olunacaq”.

Publika.az