“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə…”-Deputatdan açıqlamabackend

“Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə…”-Deputatdan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyi müsbət qarşılanmalıdır. Lakin Ermənistan bunu istəyirsə, ikili oyunlar oynamaqdan əl çəkməlidir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

Millət vəkili bildirib ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, Azərbaycanla bağlı öhdəliklərə əməl etməlidir:

” Paşinyan yenə qeyri-səmimi fikirləri ilə iki oyunlar oynamağa davam edir. O, hələ imzaladığı 10 noyabr bəyannaməsinin bütün şərtlərini yerinə yetirsin, daha sonra istəklərini dilə gətirsin. Mümkün deyil ki, o öz öhdəliklərinə əməl etməmiş Türkiyə ilə münasibətləri normalaşdırmaq siyasətini yürütsün. İndiki proseslərdə mütləq şəkildə sərhədlərin delimitasiya- demakrasiya məsələsi həyata keçirilməli, Zəngəzur dəhlizi açılmalı, Azərbaycanla Naxçıvan arasında avtomobil yolu bərpa olunmalı və erməni silahlı birləşmələri Qarabağı tərk etməlidir. Paşinyan ondan sonra Azərbaycan və qardaş ölkə Türkiyə ilə münasibətlərin normallaşmasından söhbət aça bilər. Paşinyan və onun havadarları çox gözəl anlayır ki, Türkiyə ilə sərhədlər açılmasa Ermənistanın iqtisadi inkişafının heç bir perspektivi yoxdur”.

//Gülnarə Abasova, Editor.az