“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı hansısa bir şərtin irəli sürülməsini istəmir, çünki…”- Oqtay Qasımovbackend

“Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı hansısa bir şərtin irəli sürülməsini istəmir, çünki…”- Oqtay Qasımov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hər zaman Türkiyə ilə münasibətlərini normallaşdırarkən hansısa bir şərtin irəli sürülməsini istəməyib. 15 il öncə də sülh protokolları imzalandıqda böyük güclərin marağı ondan ibarət idi ki Türkiyə Ermənistana qarşı şərt irəli sürməsin. Yəni, Azərbaycan torpaqları işğaldan azad olunmadan Ermənistan-Türkiyə münasibətləri normallaşsın. Əslində həmin baxış bucağı yenə də dəyişməyib”

Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan Ankara ilə münasibətləri normallaşdırmaq üçün çalışır:

“Ancaq Türkiyənin mövqeyi birmənalıdır. Türkiyə ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına bağlı olan bir məsələdir. Yəni, bu olacaqsa o zaman tərəflər arasında münasibətlər normallaşa bilər. O baxımdan Ararat Mirzoyanın Ermənistan-Türkiyə münasibəti ilə bağlı açıqlamaları şübhəsiz ki, Ermənistan siyasətinin mahiyyətini göstərir. Bu, eyni zamanda, bir manipulyasiya kimi də dəyərləndirilə bilər”.

//Gülnarə Abasova, Editor.az