“ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və təsiredici mexanizm ortaya qoymadan vaxt uzatmaqla özü -özünü proseslərdən kənarlaşdırıb.ATƏT-in Minsk formatı ATƏT coğrafiyasında konfliktlərin həlli istiqamətində bir mexanizm kimi nəzərdə tutlsa da, bu mexanizm heç bir konfliktin həllində özünü doğrultmadı, bu format heç bir konfliktin həllində özünü faydalı format kimi tədiqləmədi.Bu format bir neçə istiqamət üzrə ATƏT coğrafiyasında konfliktlərin həllində fəaliyyət göstərməsinə baxmayaraq heç bir konfiliktin həllində uğur əldə etməyib”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

O, bildirib ki, 30 ildən sonra Azərbaycan məcbur qalaraq BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edərək 44 gün ərzində torpaqlarını işğaldan azad etdi:
“ATƏT dünyada BMT-dən sonra belə geniş coğrafiyada inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri birləşdirən təssisatdır. ATƏT üçün beynəlxalq münasibətlərin nizamlanmasında həlledici məqamlar təsisatın ana sənədlərindən kənarda, BMT, BMT TŞ-nın qərarları rol oynamalı idi. Baxmayaraq ki ATƏT-in Minsk Qrupu həmsədr üzvləri həm də BMT TŞ nın daimi üzvləri idi, amma Qarabağ məsələsində BMT tərəfindən verilən qətnamələrin həyata keçirilməsində bu qrup heç bir addım atmadı. ATƏT-in Mİnsk Qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları , işğal altındakı ərazilərin təbii ressursları talan olundu, ekoloji faciələrə səbəb olan ekoloji terrorlar həyata keçirildi, buna rağçən ATƏT-in Minsk qrupu fakt araşdırıcı missiyası bu cinayətləri görməzlikdən gəldi.Azərbaycan 44günlük müharibədə öz torpaqlarını işğaldan azad etməklə yanaşı, dünyada qəbul edilən iribüdcəli sülhyaratma “sənayesinin” və nizamlanma mexanizminin yarasızlığını sübut etdi. Azarbaycan Qarabağ problemini özü həll etdikdən sonra Ukrayna, Gürcüstan da ATƏT-in Minsk qrupu formatından imtina etmək istiqamətində addımlar atır və öz problemlərini öz imkanları hesabına həll etməyə qərar verdilər”.
Politoloq qeyd edib ki, Rusiyanın fəaliyyətsiz bir qrupun indi aktivləşməsi üçün göstərdiyi səylər heçkəsə lazım deyil:
” ATƏT-in Minsk qrupunun fəaliyyətini bir cümlədə yalnız həmsədrlərin konfliktin iştirakçıları ölkələrin hesabına istirahət etməkdən ibarət olmasını qeyd edə bilərik. Belə bir qrupun yenidən dirçəlməsi kimə lazımdır və ən əsası bu qurupun dirçəlməsi üçün öncəki şərtlər mövcud deyil, yeni şərtlərin yaranmasına isə Azərbaycan imkan verməyəcək. ATƏT öz fəaliyyətsizliyi ilə hər zaman proseslərdən kənarda qalıb. Amma onu da qeyd etmək lazımdır ki, bu format ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin münaqişə şəraitində olan ölkələrə təzyiq və təsir vasitələrini formalaşdırması üçün vacib bir alətdir.İndi belə güc onların əlindən çıxdığı üçün ATƏT-in Minsk qrupunu yenidən aktivləşdirmək istəyirlər. Onu da qeyd etmək lazımdır ki, indi ATƏT-in Minsk qrupu aktivləşdirmək istəyən Rusiya , həmsədr ölkəsi kimi 10 noyabr razılaşması ilə bir gecənin içində Qarabağa sülhməramlılar yeridəndə , bu məsələləri ATƏT-in Minsk Qrupu ilə məsləhətləşmədən addım atdı və bunlardan digər həmsədr ölkələrin xəbəri belə olmadı.10 noyabr razılaşmasından sonra ATƏT-in Mİnsk Qrupunun Bakıya dəvətsiz səfərində həmsədrlər bunu özləri də etiraf etdi. Rusiya əgər ATƏT-in Minsk qrupunu dirçəlməsində maraqlı olsa idi elə 10 noyabr razılaşması zamanı prosesləri ATƏT-in Minsk qrupu çərçivəsində həll edərdi.Ən əsası da ATƏT-in Mİnsk Qrupu üzvlərinin həmsədr ölkələrin heç birinin sülhməramlı qüvvələrinin münaqişə zonasın yerlləşdiriməməsi qərarını nəzərə alardı.Rusiya isə Minsk Qrupu bu razılaşmasını pozaraq öz sülhməramlılarını Qarabağda yerləşdirdi”.
Rusiya xarici işlər nazirinin sözçüsü Zaxarovanın Rusiyanın Ermənistan və Türkiyə münasibətlərinin normalaşmasında tərəfdar kimi çıxış etməsi fikirlərinə münasibət bildirən siyasi şərhçi qeyd edib ki, Zaxarova bu fikirlərində səmimi deyil:
” Görünən odur ki, Zaxarova Türkiyə-Ermənistan münasibətlərinin normalaşmasına cəhdlər olan proseslərdən xəbərsizdir. Məsələ ondadır ki, Zaxarovanın da haqqında danışdığı Zürix protokolları Ermənistan dövləri tərəfindən imtina olunub.Bu protokolları ikitərəfli münasibətlərin yaxşılaşdırılması məqsədilə 2009-cu ilin oktyabr ayında Zürixdə Türkiyə XİN və Ermənistan XİN tərəfindən , ABŞ Dövlət Departamenti, Fransa, Rusiya XİN-ləri və Avropa Birliyi Xarici Siyasət Kommisarlığı rəhbərlərinin iştirakı ilə imzalanmışdı.2013-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi bu Zürix protokollarını “sənədin bəndlərinin ölkə konstitusiyası ilə əks olması” səbəbi ilə etibarsız elan edilməsi ilə bağlı qərar qəbul etdi.2015 ci ildə Konstitusiya Məhkəməsinin bu arayışı əsasında ölkə parlamenti Zürix protokollarını etibarsız olması haqqında qərar qəbul etdi, 2018-ci il də isə hər iki sənədin, Konstitusiya və Parlamentin qərarları əsasında Ermənistan eks prezidenti Sarkisyan Ermənistan dövləti adından bu protokollar denonsasiya etdi, bir sözlə imtina etdi. Bunlardan isə deyəsən Zaxarovanın xeberi yoxdur, ona görə bu protokolların aktivləşməsindən söhbət edir”.
Politoloqun sözlərinə görə, Ermənistan və Türkiyə sərhədlərinin açılması Ermənistanı uzun müddət iqtisadi baxımdan Türkiyədən aslı vəziyyətə salacaq:
“Bu, Rusiyanın maraqlarına uyğun gəlmir. Çünki bu uzunmüddətli hesabda Ermənistanın Rusiyanın iqtisadi aslilığından çıxıb Türkiyədən iqtisadi aslılığına keçməsinə səbəb olacaq. Burda bir məqamı da qeyd etməliyik ki, Rusiya Türkiyə ilə Ermənistan sərhədlərinin açılması istiqamətində iş getdiyini göstərməklə həm də Azərbaycanla Türkiyə münasibətlərində soyuqluq yaratmağa çalışır.Son günlər rusdilli mətbuatda, sosial mediada , elektron ressurslarda və s. Azərbaycan cəmiyyətinə yönəlik təbliğatların əsasını məhz Türkiyəyə qarşı qıcıq yaratmaq məqsədilə paylaşılan bu kimi tezislərin çoxluğu da diqqətdən yayınmır. Ermənistan və Türkiyə sərhədləri Azərbaycan torpaqlarının işğalından sonra bağlanıb . Qardaş ölkə Azərbaycana dəstək olmaq məqsədilə belə bir addım atıb. Bu addım Ermənistanı blokadaya salaraq iqtisadi inkişafının qarşısını aldı. 44 günlük Vətən müharibəsindən sonra isə artıq sərhədlərin bağlanması üçün artıq bu əsas yoxdur. Əlbəttə 10 noyabr bəyannaməsinin icra edilməyən bəndləri hələ də mövcuddur, amma bu məsələlərin icrası ilə Azərbaycan özü məşğul olur və olmalıdır. Ermənistan- Türkiyə sərhədlərinin açılması Ermənistanı Türkiyədən iqtisadi cəhətdən aslı vəziyyətə salacaq ki, bu da həm də Azərbaycanın xeyrinədir. Bu regionda sülhün və təhlükəsizliyin davamlılığını müsbət təsir göstərə bilən məqamlardandır”
//Gülnarə Abasova, Editor.az

