“Ermənistan üçlü hərbi alyansdan cəsarətlənərək təxribata hazırlaşır”- Millət vəkili ŞƏRH EDİRbackend

“Ermənistan üçlü hərbi alyansdan cəsarətlənərək təxribata hazırlaşır”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti 5 aprel görüşündən cəsarətlənmənin nəticəsidir. ABŞ və Aİ regionda üçlü hərbi alyans yaradır. Rəsmi Bakının bəyan etdiyi kimi, regionda revanşizm başlayır. Təbii ki, baş verənlərə görə məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşür”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, regionda sülh və sabitliyə təhdid olan Qərb riyakar siyasətini davam etdirir:

“Ermənistanı müdafiə məqsədilə keçiriləcək 5 aprel konfransı Azərbaycan cəmiyyətində haqlı suallar yaradır – 30 illik işğal dövründə ABŞ və Aİ işğala məruz qalan Azərbaycan üçün niyə belə konfrans keçirmədi? 44 günlük müharibədən sonra azad olunmuş ərazilərdə humanitar dəstəyə ehtiyac olduğu halda bu istiqamətdə heç bir təşəbbüs yoxdur”.

Millət vəkili bildirib ki, Qarabağda mina probleminin həllinə görə hər hansı dəstək, bərpa – quruculuq işlərinə Qərbin heç bir töhfəsi müşahidə olunmur:

“Keçmiş məcburi köçkünlərin öz ata-baba yurduna qayıtması da Azərbaycanın hesabına həyata keçirilir. Yəni, istər işğal dövründə, istərsə də postmünaqişə dövründə Azərbaycana heç bir humanitar dəstək yoxdur. Bunların əvəzinə Qərb regionda yeni müharibə hazırlayır və Ermənistanı Azərbaycana qarşı silahlandırır. Bu azmış kim humanitar dəstək adı altında hərbi pakta hazırlaşır. Ermənistandakı revanşist qüvvələrin fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması da bununla bağlıdır. Azərbaycan tərəfi qəti şəkildə xəbərdarlıq edib – Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Bu vaxta qədər baş verən təxribatları və onların nəticələrini nəzərə alaraq Ermənistan və onun havadarları öz məsuliyyətlərini dərk etməlidirlər”.

//Gülnarə Abasova, Editor.az