Ermənistan üçün ən çətin dövr başladı – İrəvan tələsməsə məhv olacaqbackend

Ermənistan üçün ən çətin dövr başladı – İrəvan tələsməsə məhv olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarından irəli gələn öhdəliklər, orada təsdiq olunmuş müddəalar mütləq icra olunmalıdır. Ancaq Ermənistan bu istiqamətdə həm sabotajla məşğuldur, həm süründürməçiliklə məşğuldur və öhdəliklərdən qaçmaq üçün çalışır ki, bütün şanslardan istifadə etsin”.

Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Rusiya ilə ikitərəfli müttəfiqlik Bəyanatı Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək məcburiyyətində qoyacaq:

“Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərdən qaçması mümkünsüzdür. Çünkü əgər üçtərəfli formatda hər hansı bir razılıqlar əldə olunursa və orada dövlət, hökümət rəhbərlərinin imzaları varsa, deməli bu öhdəliklərdən qaçmaq mümkün olmayacaq. Düzdür, Ermənistan buradakı boşluqlardan istifadə edirdi, müxtəlif bəhanələrlə çalışırdı özünü pərdələsin, ancaq bundan sonra artıq həm də Azərbaycan-Rusiya münasibətləri yeni keyfiyyət mərhələsinə çıxmaqla yanaşı, praktiki olaraq da göstərəcəklər ki, faktiki olaraq Azərbaycan-Rusiya münasibətləri bizim bölgədə, regionumuzda, Avrasiyanın bu həssas istiqamətində artıq bir faktor kimi işlək və güclü potensiala malik amilə çevriləcək.

Bu baxımdan əlbəttə, Rusiyanın da təsirləri güclənəcək. Çünkü Ermənistan bir halda ki, həm burada gərginlik ocaqları yaradırdı, digər tərəfdən 30 ilə yaxın bölgədə bir qarıçıq vəziyyət yaratmışdı və həmişə çalışırdı ki, Azərbaycanı haradasa ittiham etsin, güya Azərbaycanın günahı var. Halbu ki, bu düşmənçiliyə görə Azərbaycanın heç bir günahı yox idi.

Artıq Rusiya bu prioseslərin içindədir və artıq Rusiyanın siyasi rəhbərliyi anlayır ki, Ermənistan bir növ araqarışdırmaqla məşğuldur və çalışır ki, heç bir şey işlək vəziyyətə gəlməsin. Ancaq region daha gözləyə bilməz. Bütün qonşu dövlətlərin hamısının yaxınlaşmaqda, əməkdaşlıqda maraqları var. Həm yükdaşımalarıdır, birgə layihələrin yerinə yetirilməsidir, sabitliyin möhkəmləndirilməsi zəmnində yaradılan yeni geoiqtisadi sütuasiya həm Azərbaycana, həm Rusiyaya, həm Gürcüstana, həm İrana və s. böyük preferensiyalar, böyük imtiyazlar vəd edir. Ona görə də hazırda Ermənistanın bu işdə fəallaşması onun milli öhdəlik və maraqlarından kənara çıxır. Ermənistan fəaliyyətsizliyi ilə artıq başqa ölkələrin də maraqlarına qarşı çıxırlar. Buna yol vermək olmaz.

Azərbaycanın bu məsələ mövqeyi bəllidir, qəti sözünü deyib və təsadüfi deyil ki, Rusiya ilə danışıqlarda Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə müzakirəsi 5 saatdan çox davam etdi. Hətta dövlət başçımızın açıqlamasına görə müzakirələr zamanı postmüharibə reallıqları diqqət mərkəzində olub. BU o deməkdir ki, posmüharibə reallıqlarında artıq danışmaq yox, hərəkət etmək lazımdır. Azərbaycan və Rusiya bunu edir, amma Ermənistan yayınmağa çalışır. Yəni üçtərəfli formatın yolxəritəsinə aid burada konkret təsbit olunmuş işlər var və onları yerinə yetirmək vaxtı çatıb.

Hesab edirəm ki, bu 43 bənddən ibarət ikitərəfli müttəfiqlik Bəyanatı 44 günlük müharibədən sonra imzalanan üçtərəfli bəyanatlarda nəzərdə tutulan məsələlərin icra edilməsinə öz təsirini göstərəcək.

Moskva Bəyannaməsi Rusiya sülhməramlılarının Qarabağda müvəqqəti səlahiyyət zonalarındakı fəaliyyətlərinə də müsbət təsir göstərəcək. Çünkü birincisi Azərbaycan bu prosesləri heç vaxt nəzərindən qaçırmayıb, ikincisi burada xüsusi kanallarla – həm diplomatik, həm hərbi vasitələrlə məlumatlandırma, agah etmə işi daim gedir. Və dəfələrlə Azərbaycan tərəfi Rusiyaya öz narazılığını bildirib ki, sülhməramlıları öz hədlərini aşırlar, lazımsız işlərə qol qoyurlar, Qarabağda hələ də mövcud olan separatçılara təxribatlar törətmək üçün rəvac verirlər.

Bunlar əlbəttə ki, baş verib, tərəfimizdən qeydə alınıb və onlarla bağlı Ruisya tərəfinə lazımı siqnallar verilib. Ona görə də bax bu proseslərdə də yeni bir dönəm başlayır. Çünkü onların missiyası son dərəcə vacib missiyadır, onlar siyasətə qoşulmalı deyillər. Qoy humanitar proseslərin həllini öz üzərlərinə götürsünlər, amma səlahiyyətlərindən kənara çıxaraq ermənilərə tərəfkeşlik etməyə ixtiyarları yoxdur”.