“Ermənistan üzərinə götürdüyü öhdəlikləri həyata keçirməlidir”-Politoloqbackend

“Ermənistan üzərinə götürdüyü öhdəlikləri həyata keçirməlidir”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi, ermənilər Laçın şəhərindən, Zabux və Sus kəndlərindən artıq tamamilə çıxıblar. Bununla yanaşı Laçın dəhlizində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi postların sökülməsinə başlanılıb.
Bu söküntü işləri avqustun 23-dən başlanıb və davam etdirilir.

Müvəqqəti postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq.

Bundan sonrakı proses necə davam edəcək? Əsas istiqamətlər hansılardır?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, Laçından ermənilərin köçürülməsi prosesi başa çatandan sonra Ermənistan tərəfi ən vacib öhdəliklərdən sayılan erməni hərbi birləşmələrini Qarabağdan çıxarmalıdır: “Biz erməni silahlılarının silahsızlaşdırılmasına şahidlik etməliyik. Avqustun 31-dəki danışıqlarda da Ermənistan konkret olaraq öz cavabını verməlidir.
Bundan başqa Zəngəzur dəhlizi ilə bağlı məsələ və onun yeni Laçın yolu ilə alternativ olub-olmayacağı məsələsi də əsasmövzulardan biri olacaq. Bu istiqamətdə kifayət qədər əhəmiyyətli proseslər baş verir və Ermənistan verdiyi öhdəlikləri həyata keçirməlidir”.

\\Safura Bənnayeva, Editor.az