“Ermənistan uzun müddətdir ki, bu cinayəti dövlət səviyyəsində həyata keçirir”-Politoloqdan ŞƏRHbackend

“Ermənistan uzun müddətdir ki, bu cinayəti dövlət səviyyəsində həyata keçirir”-Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin uşaqları silahlı qüvvələrə, silahlı qruplara cəlb etməsi istiqamətində atılan addımlar  faktdır. Oxşar fəaliyyət həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi dövründə də nəzərə çarpıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, Ermənistanda ayrı-ayrı qruplar fəaliyyət göstərir ki, onlar uşaqların hərbi təlim keçməsi ilə məşğuldurlar:

“Bütün bu hərbi təlimlər ənənəvi olaraq məktəblərdə keçirilən hərbi təlimlərdən çox fərqlənir. Yəni, bu gün Ermənistanda ya da erməni diasporunun fəaliyyətdə olduğu ölkələrdə erməni uşaqların hərbi təlimə cəlb olunması ilə bağlı xüsusi “özəl şirkətlər” var. Bu şirkətlər müxtəlif adlar altında fəaliyyət göstərirlər. Vaxtilə Azərbaycan mətbuatında da bununla bağlı kifayət qədər məlumatlar yayımlanıb”.

Politoloqun fikrincə, ikinci Qarabağ müharibəsi ərəfəsində xüsusilə Tovuz döyüşləri zamanı bu qurumlar xüsusi kamplar yaradırdılar:

“ Təkcə Ermənistandan deyil, ayrı-ayrı ölkələrdən də həddi-bulluğa çatmamış şəxslərin hərbi əməliyyatlara cəlb edilməsi istiqamətində addımlar atılıb. Bu proses üçün hətta müəyyən fondlar vasitəsilə maliyyə də cəlb edirdilər. Bu aspektdən Azərbaycanın BMT Baş Assambleyasının Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasına nail olduğu hesabat mahiyyət etibarilə reallıqları əks etdirir. Ermənistanın orta məktəblərində də onların iddialarına baxmayaraq ayrı-ayrı məktəbə hazırlıq kurslarında da uşaqların, yeniyetmələrin Azərbaycana, türklərə qarşı nifrət ruhunda tərbiyə edilməsi ilə bağlı çoxsaylı faktlar var. Bu təbliğat bəlkədə 100 ildir ki, aparılır. Ermənistanın ideoloji siyasətini və xəttini təşkil edir”.

Elçin Mirzəbəyli qeyd edir ki, sənədin təqdimatı vacib məqamdır:

“Çünki bütün dünyada bəlli olduğu kimi uşaqların hərbi əməliyyatlara cəlb edilməsi cinayət sayılır. Bu cinayət rəsmi İrəvanda dövlət səviyyəsində uzun illərdir ki, həyata keçirilir.
Hesabat gələcəkdə bu kimi faktlarla bağlı araşdırmaların aparılması prosesində önəmli bir mənbə kimi istifadə oluna bilər. Bu Azərbaycan XİN-in atdığı önəmli addımlardan biri kimi qəbul edilməlidir”.
 
//Safura Bənnayeva, Editor.az