“Ermənistan vasitəsilə regiona gərginlik gətirmək istəyən qüvvələr növbəti dəfə öz cavabını alacaq”- ŞƏRHbackend

“Ermənistan vasitəsilə regiona gərginlik gətirmək istəyən qüvvələr növbəti dəfə öz cavabını alacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Cermuxdan Azərbaycana hücum ehtimalları çox ciddi bir məsələdir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda sülh və etimad mühitinin bu qədər geniş müzakirə edildiyi bir vaxtda Fransanın dayanmadan Ermənistanı silahlandırması, ona qarşı müxtəlif təzyiqlər göstərməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov son günlər Ermənistanın Cermuxdan Azərbaycana hücum edəcəyi barədə yayılan məlumatlara və bunun arxasında Fransanın dayanması ehtimallarına münasibət bildirərkən deyib.

T. İsmayılovun sözlərinə görə, bu gün İrəvanın dayanmadan Fransa istehsalı olan müxtəlif silahlarla silahlandırılması  bölgədə gərginlik yaratmağa xidmət edir:

“Ermənistan məhz Fransanın təhriki ilə yenidən hərbi ritorikaya əl atmağa çalışır. Hesab edirəm ki, bu gün Fransanın təhriklərinə baxmayaraq Ermənistanın istənilən eskalasiya cəhdi layiq olduğu formada, ən dağıdıcı şəkildə cavabını alacaq. Ermənistan vasitəsilə regiona gərginlik gətirmək istəyən qüvvələr növbəti dəfə öz cavabını alacaq”.

//Gülnarə Abasova, Editor.az