Ermənistan və Fransa hərbi əməkdaşlıq proqramı imzalayıblarbackend

Ermənistan və Fransa hərbi əməkdaşlıq proqramı imzalayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı 2024-cü ildə görülən işlərin yekunları və növbəti il ​​üçün planlar müzakirə edilib və 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Məsləhətləşmələr zamanı tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.