Parisdə Ermənistan və Fransa müdafiə nazirlikləri rəhbərlərinin görüşü baş tutub.
Editor.az bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat verib. Nazirliyin məlumatında deyilir ki, Suren Papikyan Sebastien Lecornu ilə danışıqlar zamanı hərbi və hərbi-texniki əməkdaşlığın müxtəlif məsələlərini müzakirə edib.
Nazirlər aşağıdakı məqamlara toxunublar: Ermənistanın Fransadan müdafiə sistemləri alması; hərbi təhsil sahəsində əməkdaşlıq; yeni kadrların hazırlanması, regionda təhlükəsizlik və s.
Papikian və Lecornu hazırkı əməkdaşlığı yüksək qiymətləndirdiklərini bildirərək, gələcək inkişaf üçün addımlar atmağa hazır olduqlarını vurğulayıblar. Danışıqlar Ermənistan-Fransa əməkdaşlığına həsr olunmuş bir sıra sənədlərin imzalanması ilə başa çatıb.
//Samir Qurbanov, Editor.az

