“Ermənistan və İran ölkəmizə qarşı təxribata başlaya bilər”-Azərbaycan bütün variantlara hazır olmalıdır-Politoloqdan ŞƏRHbackend

“Ermənistan və İran ölkəmizə qarşı təxribata başlaya bilər”-Azərbaycan bütün variantlara hazır olmalıdır-Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan mətbuatında yer alan təxribat təhlükəsi ilə bağlı məlumatlar tamamilə inandırıcı görünür. Çünki Azərbaycanın yalnız Ermənistanla deyil, İran ilə də kifayət qədər ciddi prosesləri mövcuddur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib.

Onun sözlərinə görə, Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hadisəsi də ehtiyatlı olmağın vacibliyini ön plana çıxarır:

“Digər tərəfdən, İranın İrəvandakı səfirinin son açıqlamaları da Azərbaycana qarşı yönəlmiş kimi görünür. Hər halda, iranlı səfir İran və Ermənistanın Zəngəzur dəhlizinin açılmasına imkan verməyəcəyini açıq mətnlə bəyan edib. Halbuki Ermənistanın ərazisindən keçməli olan bir nəqliyyat-kommunikasiya marşrutunun İrana birbaşa heç bir aidiyyatı yoxdur. Deməli, bu müqavimətin arxasında geopolitik maraqların dayandığını düşünmək üçün əsaslar olmamış deyil”.

Politoloqun fikrincə, ona görə də, Azərbaycana qarşı yaxın vaxtlarda hansısa təxribatların ola biləcəyi qətiyyən istisna deyil: “Azərbaycan indiki situasiyada maksimum səviyyədə ehtiyatlı və bütün variantlara hazır olmalıdır. Azərbaycan mətbuatında təxribat təhlükəsi ilə bağlı məlumatların Ermənistan və İran tərəfindən təkzib edilməsi isə o qədər də ciddi əhəmiyyət daşımır. Çünki törədilməsi planlaşdırılan təxribatın əvvəlcədən etiraf ediləcəyini gözləmək sadəlövhlük olardı. Bu baxımdan, rəsmi Bakı Azərbaycanın təhlükəsizlik maraqlarını təmin etmək üçün daha qətiyyətli addımlar atmağa hazır olmalıdır”.

//Safura Bənnayeva, Editor.az