“Ermənistan və Rusiya öhdəliklərini yerinə yetirməsə, Azərbaycanın mövqeyi dəyişə bilər”-Deputatdan AÇIQLAMAbackend

“Ermənistan və Rusiya öhdəliklərini yerinə yetirməsə, Azərbaycanın mövqeyi dəyişə bilər”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Şuşa-Xankəndi yolunda azərbaycanlı eko fəallar və QHT təmsilçilərinin haqlı tələblərlə keçirdiyi aksiya ilə bağlı dezinformasiyalar yaymaqda davam edirlər.

Məsələni Editor.az-a şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu prosesdə yumuşaq gücdən istifadəyə ehtiyac var idi:

” Baş verənlərlə bağlı birbaşa Ermənistan və Rusiya sülhməramlıları məsuliyyət daşıyır. Azərbaycan da bir neçə danışıq aparıb. Problemin kökündə Volkovun verdiyi bəyanatı yerinə yetirməməsi dayanır. Gələcəkdə Azərbaycan digər addımlar da ata bilər. Artıq dövlət qurumları Xankəndidə idarəçiliyi ələ alıb proseslərə nəzarəti yerinə yetirməlidirlər. Rusiya sülhməramlıları üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər, Ermənistanı dəstəkləyirlər. Bugün Rusiya mediası da erməniləri dəstəkləyən bəyanatlar verir.

Azərbaycanın hədəfi və məqsədi aydındır. Ermənistan və Rusiya öhdəliklərini yerinə yetirməlidirlər. Əks təqdirdə Azərbaycanın da yanaşması dəyişə bilər. Ölkəmiz qarşısına qoyduğu məqsədlərə çatmaq üzrədir”.

//Safura Bənnayeva, Editor.az