Ermənistan və Rusiya rəsmilərinin SON AÇIQLAMALARI: İki ölkə arasında münasibətlər getdikcə GƏRGİNLƏŞƏCƏKbackend

Ermənistan və Rusiya rəsmilərinin SON AÇIQLAMALARI: İki ölkə arasında münasibətlər getdikcə GƏRGİNLƏŞƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tarixən Rusiya Ermənistandan və ermənilərdən Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək, qorumaq üçün istifadə edib.Cənubi Qafqaza təsir uğrunda Rusiya-Osmanlı-İran üçgənində gedən mübarizədə ermənilər hər zaman rusların tərəfində olublar. Bu əlaltılığın müqabilində onlara heç vaxt gerçəkləşməsi mümkün olmayan vədlər də verilib. Artıq xeyli müddətdir ki, Ermənistanda anlamağa başlayıblar ki, Rusiyanın maraqları naminə qonşu dövlətlərlə savaşmaq, onlara ərazi iddiaları irəli sürmək özlərinə ziyandan başqa bir şey gətirməyəcək”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, ilk baxışdan sanki Ermənistan siyasi elitasının ağıllandığı, keçmişdən ibrət dərsi götürdüyü mənzərəsi yaranır:

“Təəssüf ki, belə deyil. Ermənistan sadəcə köhnə ağasını atıb yeni ağa axtarışına başlayıb. Və bilindiyi kimi, yeni ağa da Fransa, yəni Emmanuel Makrondur.

Rusiya-Ermənistan münasibətlərində son 30 ildə ciddi qırılmalar baş verib. Məsələn, Levon Ter-Petrosyanın devrilməsi, Ermənistan parlamentinin güllə-boran edilməsi, 2008 -ci il mart hadisələri buna nümunədir. Amma bütün bu qırılmalar indiki qədər münasibətlərində qopma həddinə gəlməmişdi. Son aylarda həm rus, həm də erməni rəsmilərin verdikləri açıqlamalar sübut edir ki, iki dövlət arasındakı münasibətlər daha da gərginləşəcək”.

//Gülnarə Abasova, Editor.az