Ermənistan parlamentinin spikerləri Alen Simonyan ilə Türkiyə BMM sədri Numan Qurtulmuş arasında ilk danışıqlar bu gün baş tutub.
Görüş Cenevrədə (İsveçrə) Parlamentlərarası İttifaqın Assambleyası çərçivəsində baş tutub. Ermənistan parlamentinin sədri türkiyəli həmkarı ilə danışıqları zamanı Ermənistan-Türkiyə məsələlərinin geniş spektri nəzərdən keçirilib. Gündəliyə Cənubi Qafqazda sülh prosesi, eləcə də bütövlükdə regiondakı vəziyyət daxil olub.
Simonyan bildirib ki, Kurtulmuşla görüşdə təmasların bundan sonra da davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Xatırladaq ki, Simonyanla Azərbaycan parlamentinin sədri Sahibə Qafarova arasında da görüş nəzərdə tutulmuşdu. Lakin bu gün onun baş tutmayacağı məlum olub.
//Samir Qurbanov, Editor.az

