Ağrı dağına qalxdıqdan sonra xəstələnən Ermənistan vətəndaşına Türkiyə rəsmiləri tərəfindən evə gətirilməsinə yardım edilib.
İnsident barədə Ermənistan baş nazirinin ofisinin mətbuat xidməti məlumat yayıb. Bir qadın Ağrı dağına çıxıb. Enişdən sonra xəstələnən qadına həkimlər diabetik koma diaqnozu qoydular. Zərərçəkmiş Doğubayazıt xəstəxanasına yerləşdirilib.
Orada onun vəziyyəti stabilləşib. Lakin onun Ermənistana qayıtması yalnız hava yolu ilə mümkün olub. Nəticədə Türkiyə hava dəhlizi təmin edib və qurban helikopterlə Ermənistana aparılıb.
//Samir Qurbanov, Editor.az