Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladıbackend

Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrəvan Almatıda Bakı ilə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsini müzakirə etmək niyyətindədir”.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iki ölkə arasında öhdəliklərin yazılı təsdiqi, regionda nəqliyyat infrastrukturunun və ticarət yollarının açılması gündəliyə daxil olan məsələlərdir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub.

Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq.

Oxu.az