Ermənistan XİN: “Azərbaycana sülh sazişi üzrə təkliflər paketini göndərmişik”backend

Ermənistan XİN: “Azərbaycana sülh sazişi üzrə təkliflər paketini göndərmişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Azərbaycana sülh sazişinin tam razılaşdırılması üçün təkliflər paketi göndərib”.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə parlamentdə jurnalistlərə ölkənin XİN başçısının müavini Paruyr Ovannisyan məlumat verib.

“Biz son təkliflər paketini göndərmişik, Azərbaycan tərəfinin cavabını gözləyirik”, – deyə o qeyd edib.

Daha əvvəl Ermənistanın XİN başçısı Ararat Mirzoyan bildirmişdi ki, Azərbaycanla sazişin imzalanması üçün 1-2 bənd razılaşdırılmalıdır. O, İrəvan və Bakının bu məsələlərdə razılığa gələ biləcəyinə ümid etdiyini ifadə edib.