Ermənistan XİN: “Biz Azərbaycandan cavab almışıq”backend

Ermənistan XİN: “Biz Azərbaycandan cavab almışıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycandan sülh sazişi layihəsinə cavab alıb.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib:

“Biz Azərbaycandan sülh sazişi ilə bağlı cavab almışıq, lakin digər sahələrdə ‒ kommunikasiyaların blokdan çıxarılması, silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizmi ilə bağlı təkliflər cavabsız qalır”, ‒ deyə nazirlik nümayəndəsi deyib.

Qeyd edək ki, Azərbaycan 2024-cü ilin noyabrında sülh müqaviləsinin mətninə dair 11-ci təkliflər paketini Ermənistana göndərib.