Ermənistan XİN-dən sülh müqaviləsi ilə bağlı daha bir açıqlamabackend

Ermənistan XİN-dən sülh müqaviləsi ilə bağlı daha bir açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsi ilə bağlı müəyyən fikir ayrılıqları qalmaqdadır, lakin sənədin mətninin razılaşdırılması işləri davam etdirilir”.

Editor.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan “24News” portalına müsahibəsində bildirib.

“Biz ümidvarıq ki, vahid mətnə nail ola biləcəyik, bu istiqamətdə işlər davam etdirilir. Hər görüşdə hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq”, – o deyib.

Kostanyan əlavə edib ki, Ermənistan və Azərbaycan XİN başçılarının növbəti görüşünün tarixi hələlik razılaşdırılmayıb. Ararat Mirzoyan və Ceyhun Bayramov sonuncu dəfə mayın 11-də Almatıda görüşüblər. Tərəflər hələ də fikir ayrılıqlarının olduğu məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.