Ermənistan Xarici İşlər Nazirliyi öz rəsmi portalında “Dağlıq Qarabağ problemi” bölməsinin məzmununu silib.
Editor.az bildirir ki, bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkələrdə yazıb. Linkin hələ də əsas səhifədə olmasına baxmayaraq, şöbə bu bölmənin bütün dörd dildə: erməni, rus, ingilis və fransız dillərindəki məzmununu çıxarıb.
“Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir: “Dağlıq Qarabağ problemi” artıq mövcud deyil”, – Sergey Melkonyan yazıb.
//Samir Qurbanov, Editor.az

