Ermənistan yenə “əl-ayağa” düşüb: Hərbi təlimlər nəyə hesablanıb?-ŞƏRHbackend

Ermənistan yenə “əl-ayağa” düşüb: Hərbi təlimlər nəyə hesablanıb?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycana təhlükə yaradacaq və buna hesablanmış bir addım olduğunu düşünmürəm”.

Bu fikri Editor.az-a Milli Məclisin deputatı Arzu Nağıyev Ermənistanın dağlıq rayonlarında, Zəngəzur dağlarında Rusiya hərbi pilotlarının kompleks hazırlıq keçirməsi , hərbçilərin yüksək dağlıq ərazilərdə kəşfiyyat və axtarış fəaliyyətini, müxtəlif formalı dağlıq relyef şəraitində sığınacaqların təşkili üsullarını və s. metodlar öyrənmələri ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan ərazisində Rusiyanın hərbi bazası mövcuddur:

“Onlar mütəmadi olaraq istər dağ, istərsə də səhra şəraitində bu tip təlimlər həyata keçirirlər. Bu proseslər proqrama uyğun aparılır. Digər tərəfdən isə son vaxtlar gərgin olan vəziyyətlə əlaqədar baş tutmuş ola bilər. O səbəbdən ki, Qərb özünün müşahidə misssiyası adı altında oraya müxtəlif silahlı kəşfiyyatçılar gətirib”.

Deputat İranın öz tərəfində sərhədboyu təlimlər keçirdiyi və əraziyə qoşun hissələri yığdığını da diqqətə çəkib:

“Bu yaxınlarda ABŞ və digər ölkələrin verdiyi bəyanatlar da bu prosesin başlanmasına təkan verib. Lakin bunu Azərbaycanla birmənalı şəkildə uyğunlaşdırmaq düzgün deyil. Rəsmi Bakı bütün prosesləri izləyir. Hər hansı atılacaq addıma qarşı adekvat cavab verməyə də hazırdır”.

//Safura Bənnayeva, Editor az