Ermənistan yenidən dayaq nöqtəsi tapdı:”Beləliklə dirijorlarının çaldığı havaya oynamağa başlayıb”backend

Ermənistan yenidən dayaq nöqtəsi tapdı:”Beləliklə dirijorlarının çaldığı havaya oynamağa başlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın sözdə dediyi ilə əməldə icra etdiyi məsələlər üst-üstə düşmür. Xüsusilə Avropa İttifaqının Ermənistana ayırdığı 10 milyon avro dəyərində yardımdan sonra ölkənin hərbi-siyasi təxribatları daha da intensivləşib. Əslində bu, gözlənilən idi”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Kənan Novruzov deyib.

Onun sözlərinə görə, bu yardımla Ermənistan bir dayaq nöqtəsi tapıb və beləliklə dirijorlarının çaldığı havaya oynamağa başlayıb:

“Bu da özlüyündə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə və münasibətlərin normallaşması prosesinə mane olur. Odur ki, Ermənistan bu cür destruktiv mövqeyindən geri çəkilməlidir. Əksinə hərbi-siyasi təxribatları, qərəzli mövqeyini davam etdirəcəyi, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyəcəyi, Konstitusiyasında dəyişikliklər etməyəcəyi təqdirdə sülhdən söhbət gedə bilməz. Həmçinin Azərbaycan öz təhlükəsizliyi məqsədilə qarşı tərəfin hərbi təxribatlarına cavab verə bilər. Bu da perspektivdə Ermənistanın dövlətçiliyinin sual altına düşməsi təhlükəsi yaradacaq. Odur ki, Ermənistan hakimiyyəti tezliklə bu reallıqları qəbul edərək siyasi iradə nümayiş etdirməlidir. Əks halda baş verəcəklərə görə həm Ermənistan, həm də ağaları məsuliyyət daşıyırlar”.

//Gülnarə Abasova, Editor.az