“Ermənistan yenidən müharibə təhlükəsi yaradarsa, “Dəmir Yumruq” yenidən işə düşəcək”-Millət vəkilibackend

“Ermənistan yenidən müharibə təhlükəsi yaradarsa, “Dəmir Yumruq” yenidən işə düşəcək”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan məsələləri beynəlxalq müstəvidə müzakirə olunanda Ermənistanın təxribatlara əl atması adi hala çevrilib. O cümlədən, BMT TŞ-nın iclası keçirdiyi dövrdə də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutdu”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, diplomatik müstəvilərdə məsələlər müzakirə olunan zaman Ermənistanın təxribata əl atmasının səbəbi masada yazıq simasını üzə çıxartmaq və üstünlüyə nail olmaqdır:

“Amma həmişə olduğu kimi 16 avqustda keçirilən BMT TŞ-nın iclasında da Ermənistanın istəkləri iflasa uğrandı. Təhlükəsizlik Şurası Qarabağda yaşayan ermənilərin humanitar məsələlərini Azərbaycanın daxili işi kimi dəyərləndirdi və humanitar məslələri siyasiləşdirməməyi, mümkün bütün variantlardan istifadə olunmaqla erməni sakinlərimizin təminatının həyata keçirilməsinə çağırış olundu. Mümkün variantlar Ağdam-Xankəndi və təklif etdiyimiz digər alternativlərdir. Çünki Laçın yolu bağlı deyil, bağlı olan Ağdam-xankəndi yoludur ki, bunu da Ermənistanın tələbi ilə separatçılar bağlayıblar. Bu bir daha Azərbaycanın iradəsinə uyğun heç bir qərarın qəbul olunmayacağını sübut etdi. Burda sual yaranır ki, BMT müzakirələrində fiaskoya uğrayan Ermənistan təxribatları artıra bilərmi? Qeyd etmək istəyirəm ki, təxribatlar törədərək Azərbaycanın üstünə böhtan atması Ermənistanın uzun illərki siyasətidir. Amma Ordumuz Ermənistanın hər bir təxribatının çox ciddi cavabını verərək tutduğu əməlinə görə məyus edir. Azərbaycan geniş hərbi əməliyyatların keçirilməsini və yenidən müharibənin qızışmasını istəmir. Ona görə də Vətən müharibəsi başa çatan kimi Ermənistana düşmənçilik səhifəsini bağlanmağı təklif edərək sülh əlini uzatdı. Təəssüf ki, Ermənistan sülh yolu ilə regiona sabitliyin gəlməsinə razı olmur. Bu da yenidən hərbi əməliyyatlara başalanma ehtimalını artırır. Bu gün Azərbaycan Ordusu ikinci Qarabağ müharibəsində olduğundan dəfələrlə güclüdür. Əgər Ermənistan yenidən müharibə təhlükəsi yaradarsa, Dəmir yumruq işə düşəcək və qısa zaman kəsiyində yarımçıq qalmış bütün məsələləri həll edəcək. Yeni tarix sübut etdi ki, Azərbaycan müharibə meydanında və diplomatik müstəvidə hər zaman qalibdir”.

//Gülnarə Abasova, Editor.az