Ermənistan yenidən müharibəyə hazırlaşır: “Bu, o deməkdir ki…”- Millət vəkilindən AÇIQLAMAbackend

Ermənistan yenidən müharibəyə hazırlaşır: “Bu, o deməkdir ki…”- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan torpaqlarının 30 il işğal altında qalmasının və Ermənistanla müharibə şəraitində yaşamasının əsas səbəbi Qərbin ikilistandartlardan yanaşması, beynəlxalq hüquqa hörmət etməməsi və Ermənistanın cəzasız qalması nəticəsində olmuşdur. Əgər ATƏT-in Minsk Qrupunun həmsədri dövlətləri kimi ABŞ və Fransa Ermənistanın başını sığallamaq əvəzinə BMT TŞ-nın 4 qətnaməsini vaxtında icra etdirsəydi, heç II Qarabağ müharibəsinin də baş verməsinə ehtiyac qalmazdı”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, məhz Fransanın ssenarisi üzrə Azərbaycanı torpaqlarında Ermənistanın işğalı ilə barışdırmaq cəhdləri və pozulmuş beynəlxalq hüquq normaların bərpasına heç bir cəhd etməməsi 44 günlük Vətən müharibəsini qaçılmaz etdi:

“Azərbaycan dövləti öz gücü ilə BMT-nin qətnamələrini icra və ədaləti bərpa etdi. Təbii ki, bizim öz haqqımızın bərpası 30 il ermənilərə dəstək verənləri narahat etməyə bilməzdi. Ona görə də Fransa indi açıq şəkildə Azərbaycana qarşı düşmənçilik edir. Məhz ona görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olur. Hardasa ki, dövlətlərimizarası sülh danışıqları ilə bağlı müsbət bir nəticə əldə olunan kimi Emmanuel Makron Paşinyanı Parisə çağırır və yeni təlimatlar verir. Təbii ki, Makronun Paşinyana verdiyi təlimatlar Ermənistanı silahlandırmaq, hərbiçilərinə təlim keçmək və yenidən müharibəyə hazırlamaqla bağlıdır. Ermənistan da Fransanın dəstəyini hiss etdikcə ruhlanır və gələn hər gün sülhdən bir az da uzaqlaşmağa çalışır. Regionda hadisələr qeyri-müəyyən istiqamətdə inkişaf edir. Belə ki, qalib tərəf olan Azərbaycan sülhdən danışır, məğlub Ermənistan isə silahlanır və yenidən müharibəyə hazırlaşır”.

A. Badamov vurğulayıb ki, Azərbaycan- Ermənistan şərti sərhədində 5 ay sürən atəşkəsdən sonra Ermənistanın yenidən təxribatlara əl atması Fransanın cızdığı ssenarinin icrasıdır:

“Amma onlar unudurlar ki, Azərbaycan həm qalib tərəfdir, həm də güclüdür. Bu gün Ermənistanın yenidən müharibəyə hazırlaşması birmənalı şəkildə bu ölkənin gələcəyini təhlükə altına salır. Çünki Ermənistan Qərblə Rusiyanın toqquşacağı yeni bir poliqona çevrilməkdədir. Əgər Ermənistan rəhbərliyi dünyada baş verən proseslərdən nəticə çıxarmayaraq regiona Qərbin gətirilməsinə davam edərsə, bu, onların sonuna yaxınlaşmasını sürətləndirəcək”.

//Gülnarə Abasova, Editor.az