Ermənistan yenidən müharibəyə hazırlaşır?- “Qadınların da həqiqi hərbi xidmətə çağırılması gözlənilir”- Millət vəkili ŞƏRH EDİRbackend

Ermənistan yenidən müharibəyə hazırlaşır?– “Qadınların da həqiqi hərbi xidmətə çağırılması gözlənilir”- Millət vəkili ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuata 48 yaşa qədər kişilərin təlim toplanış yerlərinə çağırılması ilə bağlı məlumatlar dərc olunur. Burda tək kişilər deyil, həm də qadınları da həqiqi hərbi xidmətə çağırılması ilə bağlı qanunu müzakirəyə çıxarırlar. Həm də son vaxtlar Ermənistan hərbi tör-töküntüləri Azərbaycanla sərhəddə və Qarabağda təxribatlar da törədir.

Burda bir sual yaranır. Ermənistan yenidən müharibə etməyə hazırlaşırmı?

Millət vəkili Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla ordu bölmələrimizi adekvat cavablar verməyə məcbur edir:

“Biz bilirik ki, Ermənistanda Avropa İttifaqının müşahidəçi missiyası fəaliyyət göstərir. Bu missiyanın qarşısında sərhədimizə göndəriləndə Azərbaycana qarşı qərəzli hesabat hazırlamaq tapşırığı verilib. Yəni, hesabatda Ermənistanın təxribatları yer almayacaq, orda ancaq Azərbaycanın cavab tədbirləri təxribatlar kimi qeyd olunacaq. Bunu sifarişin icrası hesab edirəm. Qarabağda separatçılar üçün də eyni tapşırıq verilmişdi.Ona görə də qanunsuz yollardan istifadə olunur və Azərbaycan ordusunu bunun qarşısını almağa məcbur edirlər. Hesab edirəm ki, Ermənistandakı toplanışlar da müharibəyə hazırlıq görüntüsünü yaratmaq və sülh müqaviləsini manipulyasiya etməyə çalışmasından irəli gəlir. Reallıqda isə xarici havadarlar nə qədər dəstək alsalar da Azərbaycanla müharibə etmək üçün Ermənistanın gücü yoxdur və olmayacaq. Çünki Ermənistan ordusunda xidmət etmək üçün şəxsi heyət çatışmamazlığı var. Hətta qadınların da xidmətə cəlb etməyə çalışmaları bunun göstəricisidir”.

A. Badamov onu da xüsusi olaraq vurğulayıb kk, Ermənistan yenidən müharibəyə cəhd edərsə, Azərbaycanın Müzəffər Ordusu buna cavab verməyə hər zaman hazırdır:

“Ordumuz 44 günlük Vətən müharibəsində olduğundan daha güclüdür. Həm də qarşısına qoyulan hər bir hərbi tapşırığı dəqiqliklə icra etməyə qadirdir. Sadəcə Azərbaycan yenidən silaha əl atmaq istəmədiyindən yarımçıq qalmış məsələləri danışıqlar yolu ilə həll etməyə çalışır. Əgər suveren ərazilərimizə yenidən təhdid riski yaranarsa, cavabımız çox ağır olacaq”.

//Gülnarə Abasova, Editor.az