Ermənistan yenidən təxribatlara başlayıb: “Bu dəfə təlimatlar Kremldən verilməyib”backend

Ermənistan yenidən təxribatlara başlayıb: “Bu dəfə təlimatlar Kremldən verilməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə atəşkəsi yenidən pozmağa başlayıb. Həmçinin Qarabağda qanunsuz silahlı erməni dəstələri mövqelərimizi müxtəlif istiqamətlərdə atəşə tutub.

Məsələ ilə bağlı Editor.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Ermənistan Silahlı Qüvvələrinin Avropa İttifaqının mülki missiyasının Ermənistana 200 nəfərlik qrupunun gəlişi ilə əlaqəli olduğu qənaətindədir:

“Görünür təlimat Kremldən deyil, Emmanuel Makronun ofisindən verilir. Avropa İttifaqı mülki missiyasının tərkibində Fransanın olan silahlı jandarma dəstələri var. Ermənistan təxribatlar həyata keçirməklə, Avropa İttifaqının antiAzərbaycan bəyanatlar hazırlamasına nail olmağa çalışır. Hərbi yolla Azərbaycana təzyiq edə bilməyən rəsmi İrəvan Fransa ilə birgə siyasi yolla təzyiq etmək planını güdür. Çox güman ki, Avropa İttifaqının mülki missiyası Ermənistanın təxribatları fonunda Fransanın təhriki ilə Azərbaycan əleyhinə hesabatlar hazırlaya bilər”.

M. Əsədullazadə vurğulayıb ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələrinin atəşkəsi pozması da eyni analoji xəttə xidmət edir:

” Ermənistan sülh müqaviləsinə hazır deyil və prosesi pozmaqla antiAzərbaycan koalisiyası formalaşdırmağa çalışır. N. Paşinyanın siyasəti anti-demokratik, sadist siyasətdən ibartdir. Rəsmi İrəvanın Azərbaycana göndərdiyi sülh təklifində Qarabağda Avropa İttifaqının xüsusilə Fransanın missiyasının yerləşdirilməsini irəli sürüb. Ermənistan baş naziri “bulanıq suda balıq tutmağa” çalışır. Onun bu addımlarının Ermənistan-Türkiyə münasibətlərində normallaşma prosesinə zərbə vuracağı da istisna deyil. Ermənistanın təxribatları artarsa, Azərbaycanın adekvat və preventiv tədbirlər görməsi qaçılmaz olacaq”.

//Gülnarə Abasova, Editor.az