Ermənistan yenidən təxribatlara başlayır?-ŞƏRHbackend

Ermənistan yenidən təxribatlara başlayır?-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki dövlətin bir-birinin ərazisini qarşılıqlı tanıması məsələsi Ermənistan tərəfindən bir neçə dəfə səsləndirilib”.

Bu fikri Editor.az-a politoloq Yeganə Hacıyeva Brüsseldə keçirilən üçtərəfli görüşdə müzakirəyə çıxarılan məsələlər içərisində tərəflərin razılıq verdiyi 1991-ci il Almatı bəyannaməsinin iki ölkə üçün hansı imkanları yaradacağı sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, İrəvan Azərbaycanın ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıdığını bildirib:

“Ermənistan hakimiyyəti 44 günlük Vətən müharibəsindən sonra da bir neçə dəfə bu kimi fikirlərlə çıxış edib. Bununla yanaşı 2022-ci il oktyabr ayındakı Praqa görüşü zamanı Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar. Azərbaycan üçün vacib olan məqam isə rəsmi İrəvanın ölkəmizin ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanımasıdır. Ermənistanın da bu sənədi imzalaması rəsmi Bakının legitim hüquqlarını qəbul etməsi olar. Onu da qeyd edək ki, bu Brüssel formatında Ermənistanın imzaladığı ilk sənəd deyil. Tərəflər arasında sərhədlərin bir neçə istiqamətdə delimitasiya və demarkasiya prosesi gedir”.

İki ölkə arasında razılığın əldə edildiyi halda rəsmi İrəvanın pozuculuq fəaliyyəti göstərmə ehtimalına münasibət bildirən politoloq qeyd edib ki, Ermənistan tərəfindən danışıqların pozulması prosesi hər zaman gözləniləndir:

“Çünki daima bu istiqamətdə pozucu fəaliyyət göstəriblər. Delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra əsas məsələ vacib olan praktiki addımların atılmasıdır.Yenə də erməni təxribatlarının baş tutması istisna deyil”.

//Safura Bənnayeva, Editor.az