Ermənistan İranla eyni şərtlərlə Azərbaycanın Naxçıvana keçidini təmin etməyə hazırdır.
Bu bəyanatla sentyabrın 18-də respublikanın baş naziri Nikol Paşinyan çıxış edib. O, “İrəvan Dialoqu” forumunda çıxış edərək qeyd edib ki, Ermənistan ərazisindən Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyalarının açılması mühüm addımdır.
Xatırladaq ki, daha əvvəl Ermənistan XİN rəhbəri Zəngəzurda Azərbaycanla Naxçıvan arasında yolun üçüncü qüvvələrin nəzarətində olacağını istisna etmişdi.
//Samir Qurbanov, Editor.az