“Ermənistana artıqlamasıyla verilən bu şanslar dayandırılmalı, tezliklə sülhə məcbur edilməlidir”- Millət vəkilibackend

“Ermənistana artıqlamasıyla verilən bu şanslar dayandırılmalı, tezliklə sülhə məcbur edilməlidir”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bədnam qonşumuz Ermənistan da Mussolini və Hitler kimi qarşısına “Böyük Ermənistan” yaratmağı baş məqsəd qoyub. Xəyallarında “Böyük Ermənistan”ı reallaşdırmaq üçün dəridən-qabıqdan çıxan ermənilər bütün dünyaya sübut etmək istəyirlər ki, onların tarixi çox qədimdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, almanlarla ermənilər arasında tarixi cəhətdən hətta oxşarlıq da var:

“Belə ki, erməni əsilli faşist Qaregin Nijde İrəvanda ermənillərdən ibarət dəstə toplayaraq Almaniya tərəfindən vuruşmağa sövq edirdi. Bu terrorçu şəxs Azərbaycanda minlərlə soydaşımızın günahsız qanını axıdıb, Zəngəzurda soyqırımı aparıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının yüksək səviyyəli Aşqabad görüşündə ciddi əsaslandırılmış açıqlaması bütün dünyanı erməni faşizminin mahiyyəti barədə məsuliyyətə cəlb edilməsinin vacibliyini qeyd edib.

Ermənistanda uzun müddətdir, dövlət səviyyəsində terrorizmin qəhrəmanlaşdırılması siyasəti yürüdülür. Hətta Almaniya İkinci dünya müharibəsindən sonra beynəlxalq səviyyədə layiqli şəkildə cəzalandırılıb, böyük məbləğlərdə təzminanatlar ödəyib. Lakin faşistlikdə Almaniyadan geri qalmayan Ermənistana isə Azərbaycan dövləti görülməmiş şəkildə humanistlik nümayiş etdirərək sülh müqaviləsi təklif edir. Lakin bu gün dünya dövlətləri, öz yaratdıqları beynəlxalq qurumların prinsiplərini heçə sayırlar. Ermənistanı nəinki cəzalandırmaq, hətta bir növ mükafatlandırırlar, böyük məbləğlərdə vəsaitlər ayıraraq, onun yenidən silahlanmasına şərait yaradırlar”.

M.Cəfərov bildirib ki, Prezident İlham Əliyevin də VII çağırış Milli Məclisin ilk iclası günündəki çıxışında da qeyd etdiyi kimi Minsk Qrupu kimi fəaliyyətsiz qurum və təşkilatlar ləğv olunmalıdır:

“Hətta Ermənistana artıqlamasıyla verilən bu şanslar dayandırılmalı, tezliklə sülhə məcbur edilməlidir. Necə ki faşist Almaniyasına məğlubiyyətdən sonra sülh əvəzinə şərtlərlə dolu bir müqaviləyə imzalatdırıldı və dağılan, məhv olan iqtisadiyyatına baxmayaraq təzminantlara məcbur edildisə, Ermənistan da sülhə elə məcbur edilə bilər. Əks halda bu, beynəlxalq güclərin yaratdığı dırnaqarası prinsip və demokratik dəyərlərin ancaq özlərinə xidmət etdiyi açıq – aşkar görünən mənzərədir”.

//Gülnarə Abasova, Editor.az