Ermənistana dəstək: İran hərbi əməliyyatlara qoşulur?-AÇIQLAMAbackend

Ermənistana dəstək: İran hərbi əməliyyatlara qoşulur?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydərinin belə açıqlama verməsinin səbəbi İranın həm regional, həm də qlobal maraqlarından irəli gəlir”.

Bunu Editor.az-a politoloq Samir Hümbətov İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydərinin “Ermənistanla sərhədi saxlamaq və Ermənistanın ərazi bütövlüyünə hörmət etmək İranın qırmızı xəttidir, lakin təəssüf ki, Azərbaycan sionist rejim Türkiyə və Səudiyyə Ərəbistanının əməkdaşlığı ilə regionun coğrafiyasını dəyişməyə çalışır. Regionda gərginlik artdığı halda lazım gəlsə, İran da belə bir vəziyətin qarşısını almaq üçün hərbi gücə əl atacaq”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran regionda baş verən yeni reallıqları qəbul etmir:

” Rəsmi Tehran hesab edir ki, sərhədlər dəyişməməlidir. 30 il müddətində Azərbaycan torpaqları işğal altında qaldığı zamanda İrandan hər hansı ciddi açıqlama gəlmədi. Yalnız ümumi sözlərlə kifayətləndilər. Digər tərəfdən Ermənistan nə vaxtdan İran ərazisi olub? Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannaməyə əməl etmək də rəsmi İrəvanın borcudur”.

Politoloqun fikrincə, İranın bu qəbildən açıqlamasının nə siyasi, nə də hüquqi var:

“Rəsmi Tehran heç bir halda müdaxilə edə bilməz. Azərbaycan da öz ərazi bütövlüyünü təmin etməyə çalışır. Zəngəzur dəhlizi açılmalıdır, bunun başqa alternativi yoxdur. Bu, qlobal layihədir. Onun icrası da hər bir tərəf üçün fayda gətirəcək. İranın bu cür açıqlamasının arxasında Hindistanda keçirilən G20 sammitində dilə gətirilən Baharat yolunun daha da aktivləşdirilməsi ilə bağlıdır. Görünür, İran öz maraqları naminə bunu etməyə çalışır. Lakin hesab edirəm ki, buna imkan verilməyəcək. Ən azından Azərbaycan Naxçıvanla quru sərhədin formalaşdırılmasını həyata keçirəcək və Zəngəzur dəhlizi açılacaq”.

//Safura Bənnayeva, Editor.az