Fransanın Ermənistandakı səfiri Parisin İrəvana silah tədarükünü şərh edib.
Editor.az bildirir ki, Olivier Dekotini OTA-ya müsahibəsində bununla bağlı müvafiq açıqlama verib. Diplomat izah edib ki, Fransa NATO ölkələrindən ilk olaraq KTMT üzvü olan dövləti silahla təmin edir.
O əlavə edib ki, Fransa tərəfi silah tədarükü ilə yanaşı, erməni hərbçilərinin yenidən hazırlanması ilə də məşğul olur. Fransadan olan təlimatçılar Ermənistan Silahlı Qüvvələrinin nümayəndələrinin hazırlanmasına köməklik göstərir.
Dekotini Fransanın Ermənistana silah verməsinə Azərbaycanın reaksiyasından da danışıb. O, təsdiqləyib ki, Bakının qorxusu haqlıdır – Ermənistana gətirilən silahlar həqiqətən də hərbi məqsəd daşıyır.
//Samir Qurbanov, Editor.az