Ermənistana göndərilən Avropa İttifaqı missiyasının heyətinə erməniəsilli şəxslər də daxil edilib- Bu, nəyi dəyişəcək?- ŞƏRHbackend

Ermənistana göndərilən Avropa İttifaqı missiyasının heyətinə erməniəsilli şəxslər də daxil edilib- Bu, nəyi dəyişəcək?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İttifaqının mülki monitorinq missiyasının mahiyyəti və məramı Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan üçün fərqi yoxdur ki, şərti sərhədin o tərəfindən bizə kimlər baxır; rus, erməni, yoxsa alman ya fransız. Nə qədər baxırlar baxsınlar. Onların bizi yaxşı görmələrini asanlaşdırmaq üçün Azərbaycan əsgəri tez-tez öz mövqelərində yerdəyişmələr edib, bir az da onlara yaxın yerdə postlar qururlar. Azərbaycan əsgəri beləliklə Avropa İttifaqı ilə əməkdaşlığını yeni mərhələyə keçirir ki, uzaqdan bu əməkdaşlığı durbinlə yox, yaxından göz-gözə, üz-üzə apara bilsinlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov Ermənistana göndərilən Avropa İttifaqı missiyasının heyətinə erməniəsilli şəxslərin daxil edilməsi məsələsinə münasibət bildirirkən deyib.

Politoloqun sözlərinə görə, missiyanın tərkibinə bir-iki erməni əlavə edilsə də heçnə dəyişməyəcək:

“Onsuz da Qarabağda on minlərlə erməni bizim əlimizin altında çarəsiz qalıblar. İndi bir-iki erməni sərhədin o biri tərəfindən biz tərəfə boylananda nə dəyişəcək? Missiyanın tərkibinə bir neçə erməninin əlavə edilməsində məqsəd sərhəddə Azərbaycan tərəfə boylananların məsuliyyətini artırmaq üçündür. Məsələ ondadır ki, əvvəl missiya tərkibində əraziyə gələn və təqaüdə çıxmış yaşlı alman və ya fransızın nəyinə lazımdır ki, burda kim erməninin başına nə oyun açır. Onlara təqaüd yaşında əlavə qazanc üçün imkan düşüb, onlar da buna görə adlarını gələnlərin siyahısına yazdırıblar ki, bir az əlavə qazanc əldə etsinlər. İndi missiyaya bir neçə erməni əlavə edilməsi missiyanın məsuliyyətini artırmaq məqsədi güdür ki, bu ermənilər bir az hay-küy edib başqa üzvlərin işlərinə məsuliyyətlə yanaşmasını təmin etsinlər. Bunun başqa adı yoxdur”.

//Gülnarə Abasova, Editor.az